16 
Okt
2017
10:44
11
133
14890
Virtual karabakh

Novxanıda öldürülən tələbə ilə bağlı YENİ XƏBƏR + FOTO

16 Okt, 2017
10:44
14890

Novxanıda öldürülən tələbə ilə bağlı YENİ XƏBƏR + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 12-də Novxanıda bağ evində əlləri və ayaqları bağlı şəkildə meyiti tapılan İran İslam Respublikasının vətəndaşı, Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi Möhtati Saman Nemət oğlu dəfn edilib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, qətlə yetirilmiş 23 yaşlı tələbə atasının istəyi ilə Novxanı məzarlığında, anasının yanında torpağa tapşırılıb.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. S.Möhtatinin cəsədindən ekspertiza üçün vacib olan nümunələr götürülüb və çoxsaylı ekspertizalar təyin edilib.

Məlumata görə, S.Möhtatinin əlləri və ayaqları bağlı şəkildə meyitinin tapıldığı ev onun atasına məxsusdur. Onun meyitini də həmin gün axşam evə gələn atası aşkarlayıb və dərhal polisə xəbər verib. İlkin müayinə zamanı onun bədənində hər hansı xəsarət aşkarlanmayıb. Belə ki, S.Möhtatinin bədənində hər hansı alətlə vurulma, boğulma və ya döyülməyə xas əlamət tapılmadığından ölüm səbəbini dəqiqləşdirmək də mümkün olmayıb.

Qeyd edək ki, S.Möhtati Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin qabaqcıl tələbələrindən biri olub. Onun atası Saman İran vətəndaşı olsa da, Bakıda dünyaya gəlib və burada böyüyüb. 

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri