16 
Okt
2017
23:43
207
179
31097
Virtual karabakh

Bakıda polisə növbəti hücum: Bu dəfə xəsarət alanların sayı çoxdur

16 Okt, 2017
23:43
31097

Bakıda polisə növbəti hücum: Bu dəfə xəsarət alanların sayı çoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda yerləşən “Oazis” restoranında sərxoşların davasının növbəti qurbanı Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bazar günü axşam 8-ci mikrorayon ərazisində yerləşən restoranı ziyarət edən Bakı sakinləri — 1988-ci il təvəllüdlü Rüstəm Cəfərov, 1992-ci il təvəllüdlü Ramiz Babazadə və 1989-cu il təvəllüdlü Sumqayıt sakini sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə gələn AR DİN Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Həsənzadə Turalbəy Mehman oğlu xuliqanları asayişi bərpa etməyə çağırıb. 

Lakin davanın gedişində dalaşanlardan biri polisin gözünə yumruq vurub və hadisə yerindən qaçaraq gizlənib. 

Araşdırma zamanı məlum olub ki, polisə hücum edən şəxs Cəfərovdur. 5-ci polis bölməsinin əməkdaşları onu saxlayaraq AR Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət məsuliyyətinə cəlb ediblər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri