17 
Okt
2017
12:47
2
60
2582
Virtual karabakh

Kanal rəhbərinin məhkəməsində hüquq müdafiəçisi ifadə verdi

17 Okt, 2017
12:47
2582

Kanal rəhbərinin məhkəməsində hüquq müdafiəçisi ifadə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda şahid qismində "Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi"nin sədri Mirvari Qəhrəmanlı ifadə verib. Bildirib ki, "Kanal 13"-lə müqavilə bağlayıblar və bir sıra maarifləndirici verilişlər çəkilib. Ə.Orucov isə deyib ki, müqavilələrlə bağlı vergilər ödənilib.

M. Qəhrəmanlı bildirib ki, “Kanal 13”-ə Əziz Orucov rəhbərlik edib və onu saf, ədalətli bir jurnalist kimi tanıyır.

Şahid Alış Abdulla isə kanalda təcrübə keçdiyini, maaş almadığını deyib. O, Ə. Orucovun maddi sıxıntılarının olduğunu qeyd edib.

Şahid Ruslan Əhmədov isə kanalda üç ay müxbir kimi çalışdığını, əmək müqaviləsi bağladığını və ayda 300 manat maaş aldığını bildirib.

Proses oktyabrın 24-də davam edəcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri