17 
Okt
2017
19:36
153
66
5663
Virtual karabakh

Bakıda tanınmış həkimin evini yaran şəxslər həbs edilib

17 Okt, 2017
19:36
5663

Bakıda tanınmış həkimin evini yaran şəxslər həbs edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış uroloq-alim, professor Kamal Abdullayevə qarşı quldurluq edən dəstə üzvləri saxlanılıb.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, 4 nəfərdən ibarət dəstə üzvləri haqqında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bildirilib ki, adları hələlik açıqlanmayan dəstə üzvləri həkimin evindən xeyli miqdarda pul və 20 min dollarlıq saatını oğurlayıblar.

Hazırda cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə bu il iyulun 29-da axşam saatlarında, K. Abdullayevin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evdə baş verib.

Dörd naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayaraq işgəncəyə məruz qoyublar. İlkin məlumata görə, həmin şəxslər evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri