18 
Okt
2017
10:30
19
68
3320
Virtual karabakh

“Sınıq Körpü”də fişəng əməliyyatı – FOTO

18 Okt, 2017
10:30
3320

“Sınıq Körpü”də fişəng əməliyyatı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstandan gələn avtomobildən 1130 ədəd fişəng tapılıb.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama nəticəsində avtomobilin sağ və sol qapılarının altında və arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerlərində “Magical Shote” adlı 1130 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri