18 
Okt
2017
15:04
72
17
2326
Virtual karabakh

“Facebook"da mübahisə etdiyi dostunu bıçaqlayan şəxsə hökm oxundu

18 Okt, 2017
15:04
2326

“Facebook"da mübahisə etdiyi dostunu bıçaqlayan şəxsə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Qorxmaz Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q. Sadıqov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, Qorxmaz Sadıqov "Facebook" sosial şəbəkəsində oyun oynayarkən əvvəlcədən tanımadığı Elnur Məmmədovla mübahisə edib. Virtual dostlar arasında oynanılan oyuna Elnurun sonradan qoşulması 19 yaşlı Qorxmazı qəzəbləndirib. Elnur və Qorxmaz Yasamal rayonunda parklardan birində görüş təyin ediblər. Orxan görüşə çağırdığı Elnurun tək gəlməyəcəyini düşündüyü üçün öz dostlarını da görüşə çağırıb. O, əvvəlcə dostu Əşrəf Hacıyevə, sonra isə hazırda dəmir barmaqlıqlar arxasında olan Qorxmaz Sadıqova zəng edib.

Dostlar birlikdə Elnurla görüş təyin etdikləri parka gəliblər. Orada gənclər arasında mübahisə yaranıb. Bu zaman Qorxmaz Sadıqov Elnur Məmmədova bıçaqla xəsarət yetirib. Elnur Məmmədova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

O, Cinayət Məcəlləsinin 126.2.4-cı (qəsdən sağlamlığa ağır zərbə vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri