19 
Okt
2017
11:28
5
81
4030
Virtual karabakh

Təqsirləndirilən: Öldürdüyüm sevgilim deyil, arvadım idi

19 Okt, 2017
11:28
4030

Təqsirləndirilən: Öldürdüyüm sevgilim deyil, arvadım idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda əvvəllər münasibətdə olduğu qadını öldürməkdə və daha iki şəxsi bıçaqlamaqda təqsirləndirilən Sənan Məmmədovun məhkəməsi başlayıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın edərək, bir nəfəri qətlə yetirib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, S.Məmmədov subaydır. Orta məktəbə getməyib.

Təqsirləndirilən S.Məmmədov ibtidai istintaq dövründə cinayət işinə ədalətli baxılmadığından gileylənib.

O, qətlə yetirdiyi qadının həyat yoldaşı olduğunu deyib: "Lakin cinayət işində qeyd edilib ki, guya həmin qadın sevgilimdir. Cinayət işimin ibtidai istintaqa qaytarılmasını və orada yenidən araşdırılmasını istəyirəm".

Vəsatət təmin edilməyib və proses oktyabrın 31-nə təyin edilib.

Bildirək ki, hadisə bu il iyunun 23-də baş verib.

Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu S.Məmmədov 3 nəfərlə birlikdə həmin evə gəlib.

Məlumata görə, S.Məmmədov və M.Əliyeva arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibi və onun oğlu, 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

S.Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra M.Əliyevaya bıçaq xəsarətləri yetirib.

Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Onlardan M.Əliyeva xəstəxanada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü S.Məmmədov saxlanılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri