19 
Okt
2017
12:51
12
165
8471
Virtual karabakh

Novxanıda iranlı tələbəni öldürənlər daha bir evə basqın etdilər

19 Okt, 2017
12:51
8471

Novxanıda iranlı tələbəni öldürənlər daha bir evə basqın etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda iranlı tələbəni öldürməkdə şübhəli bilinərək tutulan dəstə üzvlərinin daha bir cinayətinin üstü açılıb.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalarla saxlanılan dəstə üzvləri -  Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov və Zahid Dünyamalıyevin bir müddət əvvəl Kürdəmir rayon sakini Zahid Zərbəliyevin yaşadığı evə girərək, ev sahibi və onun həyat yoldaşının ağzını və əl-qolunu yapışqanlı lentlə bağlayaraq, mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları apardıqları müəyyən edilib.

Sözügedən şəxslər oktyabrın 11-də İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evinə quldurluq məqsədilə girərək, onu öldürüb, lakin evdən hər hansı əmlak əldə edə bilməyib, hadisə yerindən qaçıblar.

Həyata keçirilən tədbirlər nəticəsində dəstə üzvləri tutulub.

Qeyd edək ki, öldürülən Mohtati Saman Nemat oğlu Azərbaycan Tibb Universitetinin tələbəsi olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri