19 
Okt
2017
16:00
19
110
6686
Virtual karabakh

“Moskva” Ticarət Mərkəzində cinayət

19 Okt, 2017
16:00
6686

“Moskva” Ticarət Mərkəzində cinayət

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 18-də saat 9:00 radələrində “Moskva” ticarət mərkəzində naməlum şəxs bir qadının qulağındakı qızıl sırğasını qopararaq qaçıb. 

Oxu.Az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, ərazidə xidmətdə olan Mühafizə Polisinin əməkdaşları tərəfindən həmin şəxs bir qədər aralıda saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Hüseynov olduğu məlum olub. Onun üzərinə baxış keçirilən zaman həmin qadına məxsus qızıl sırğa maddi sübut kimi, həmçinin 0,399 qram heroin də aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi açılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri