20 
Okt
2017
11:37
54
161
4966
Virtual karabakh

Bakıda oğurluq edən şagird azadlığa buraxıldı

20 Okt, 2017
11:37
4966

Bakıda oğurluq edən şagird azadlığa buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və soyğunçuluqda təqsirləndirilən Rzaqulu Alalhquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Allahquliyevin barəsində şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror Sabir Abdinov R.Abdullayevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nəsimi rayonu ərazisində paytaxt sakini Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb evə gedən zaman rayonun S.Vurğun küçəsində bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək, içərisində 682 manat pul və dəyəri 300 manat olan bir ədəd mobil telefon olan çantasını zorla alaraq qaçmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin yaydığını məlumata görə, zərərçəkmişin səs-küyünə yaxınlıqda xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Şakir Həsənov dərhal reaksiya verərək, qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb.

Polis əməkdaşının çevikliyi sayəsində cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda yaxalanaraq soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutlarla birlikdə ərazi üzrə yaxınlıqdakı Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman qeyd edilən cinayəti törədərək qaçmağa cəhd göstərən şəxsin Xızı rayon sakini Rzaqulu Allahquliyev olduğu məlum olub və o, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Onu da əlavə edək ki, R.Abdullayev 11-ci sinif şagirdidir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri