20 
Okt
2017
12:51
13
199
3303
Virtual karabakh

Gürcüstanda güllələnən azərbaycanlı namizədin vəziyyəti ağırdır

20 Okt, 2017
12:51
3303

Gürcüstanda güllələnən azərbaycanlı namizədin vəziyyəti ağırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deputatlığa namizəd Ceyhun Çovdarovun vəziyyəti ağırdır.

Qızılhacılıda baş verən insdent zamanı yaralılardan 4 nəfəri "Geo Hospital"a yerləşdirilib, digəri isə "Aversi" klinikasında müalicə olunub.

Oxu.Az GAXA. ge saytına istinadən xəbər verir ki, yaralanan  Anar Məmişov səhər saatlarında evə buraxılıb.

Hazırda yaralılardan iki nəfərin vəziyyəti yaxşıdır, biri orta ağır, digəri isə ağırdır. "GEO Hospital"ın direktoru Tata Şenqilaianın jurnalistlərə verdiyi açıqlamaya görə, Ceyhun Çoydarovun vəziyyəti ağırdır.

Gürcüstanda “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən şəxslərin güllələnməsi ilə bağlı Gürcüstan CM-nin 117- ci maddəsi ilə (Sağlamlığa qəsdən ciddi ziyanvurma) cinayət işi başlanılıb. 

Xatırladaq ki, oktyabrın 19-da, saat 22:40 radələrində Qızılhacılının M.K.Atatürk küçəsində yerləşən “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasından yerli özünü idarəetmə orqanına deputat seçilmək üçün namizəd irəli sürülən Ceyhun Çovdarovun seçki qərərgahının önündə naməlum adam tərəfindən atılan güllələrlə 5 nəfər yaralanıb. Yaralıların hamısı Marneulidəki xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, gecə Gürcüstan daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub. Onun sözlərinə görə, insidenti törədən şəxsin kim olduğu tezliklə məlum olacaq. Hazırda hadisə ilə bağlı araşdırma davam edir. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri