21 
Okt
2017
16:03
496
47
23530
Virtual karabakh

Qaçırdığı qızı zorlayan şəxsə və onun dostlarına cəza verildi

21 Okt, 2017
16:03
23530

Qaçırdığı qızı zorlayan şəxsə və onun dostlarına cəza verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Ağır Cinayətlər Məhkəməsində Göygöldə qaçırdığı qızı zorlamaqda təqsirləndirilən İlqar Abbasov, qız qaçırmaqda ona köməklik edən Eşqin Vəliyev, Qabil Orucov və Rahil Verdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarı ilə İ.Abbasov Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu), 149.1-ci (zorlama) və 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) maddələri ilə təqsirli bilinərək 11 il, məcəllənin 144-cü maddəsi ilə təqsirləndirilən E.Vəliyev 9 il, Q.Orucov 8 il, R.Verdiyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqında təqsirləndirilən şəxs 1993-cü il təvəllüdlü İlqar Abbasov ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, təxminən 2 il öncə Göygöl rayonunun Zurnabad kəndində yaşayan dostu 1993-cü təvəllüdlü Eşqin Vəliyev ona Göygöl şəhərində Leyla (ad şərtidir) adlı qızın yaşadığını və həmin qızla evlənmək istədiyini bildirib. 

Lakin onun həmin dövrdə pulu olmadığı üçün evlənmək fikrindən daşınıb, sonra pul qazanmaq üçün Rusiyaya gedib. Bir müddətdən sonra Azərbaycana qayıdan İ.Abbasov dostu E.Vəliyevlə yenidən görüşüb və Leyla ilə evlənmək istədiyini deyib. Eşqin ona Leylanı qaçırtmağı təklif edib və onun bu qərarı ilə razılaşan, İ.Abbasov Zurnabad kəndindən Göygöl şəhərinə gəlib və Leylanın arxasınca texniki peşə məktəbinə gediblər. Leylanın dərsdən çıxacağı zamanı öyrəndikdən sonra Eşqin əmisi oğlu 1990-cı təvəllüdlü Qabil Orucova zəng vurub çağırmağı və Qabilin avtomobili ilə Leylanı qaçırmağı təklif edib. Lakin onların konturu olmadığı üçün Göygöl şəhər avtovağzalına tərəf gedərkən dayısı oğlu 1998-ci il təvəllüdlü Rahil Verdiyev ilə rastlaşıblar və söhbət zamanı Rahilə qız qaçırmağa gəldiklərini deyiblər. Eşqin Rahilin mobil telefonuna kontur yükləyib, Q.Orucova zəng vurub, Qabilə peşə məktəbinin qarşısına gəlməsini, oradan Gəncə şəhərinə gedəcəklərini bildirib.

Bundan sonra Rahil də onlara qoşulub birlikdə texniki peşə məktəbinin qarşısına gəldikdən bir müddət sonra Q.Orucov idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə peşə məktəbinin qarşısına gəliblər. Eşqin Qabilə Gəncə şəhərinə getməyəcəyini, peşə məktəbində oxuyan Leyla adlı qızı qaçıracaqlarını deyib. Qabil ona problem yaradacaqlarını bildirdikdə Eşqin heç bir problemin olmayacağını deyib. Həmin günü saat 14:15-də peşə məktəbindən iki nəfər qız çıxıb, Eşqin qızlardan birini göstərib və Leyla olduğunu deyib və həmin iki qız piyada yol gedən zaman gənclər avtomobillə onların arxaınca gediblər. Qızlardan biri ayrılıb gedib, o biri isə yolu qarşı tərəfə keçib avtobus gözləyib. İlqar Eşqinlə qıza yaxınlaşdıqda Qabil avtomobili qızın dayandığı yerə sürüb, avtomobildə arxada əyləşən Rahil arxa sağ qapını açıb və qızın qolundan və ağzından tutaraq onu zorla avtomobilə mindiriblər.

Avtomobildə arxada Eşqin ilə Rahil, İlqar isə öndə oturub. Qız qışqırıb onlara müqavimət göstərərkən, Eşqin qıza “Leyla, sakit dur” - dedikdə, həmin qız adının Leyla olmadığını, Lalə (ad şərtidir) olduğunu bildirib. Onlar səhv qızı qaçırdıqlarını bildikdə İ.Abbasov, artıq gec olduğunu deyib, Laləni Zurnabad kəndində yaşayan qardaşı Vüqarın evinə gətirib. Laləni Eşqinlə birlikdə zorla avtomobildən düşürərək evə aparıb. Bundan sonra Laləyə cinsi əlaqədə olmağı təklif edib, lakin qız bu təklifə etiraz etsə də, o, zorla Lalə ilə cinsi əlaqədə olub. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri