23 
Okt
2017
11:18
55
207
18352
Virtual karabakh

Mingəçevir sakini sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü – TƏFƏRRÜAT

23 Okt, 2017
11:18
18352

Mingəçevir sakini sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü – TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Mingəçevir şəhərində törədilmiş dəhşətli qətlin təfərrüatı üzə çıxıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, 27 yaşlı Eldar Abbasovun İsmət Qayıbov küçəsindəki bərbərxanada işləyən Pərviz Məmmədovu qısqanclıq zəminində öldürdüyü dəqiqləşib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Pərviz Eldarın sevdiyi qadınla evlənib. Belə ki, pul yığmaq üçün Dağıstana işləməyə gedən Eldar bir müddət sonra Pərvizin onun sevdiyi qızı qaçıraraq evləndiyini eşidib. Bundan sonra o, Pərvizlə görüşmək istəyib. Lakin 34 yaşlı Pərviz söhbətə ehtiyac olmadığını deyib. Bundan sonra Eldar Abbasov Pərvizin işlədiyi yerə gələrək, ona 20-dən çox bıçaq zərbəsi endirib. Yaxınlıqdakı şəxslər onları ayıra bilməyib və yalnız hadisə yerinə gələn polislərin müdaxiləsindən sonra Pərvizi xəstəxanaya göndərmək mümkün olub. Lakin o, yolda  keçinib.

E.Abbasov hadisə yerində tutularaq, istintaqa təhvil verilib.

Qeyd edək ki, P.Məmmədov keçən il evlənib və yenicə ata olubmuş.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri