23 
Okt
2017
11:53
16
129
2679
Virtual karabakh

Dəfələrlə məhkum olunan şəxs yenidən oğurluq etdi – FOTO

23 Okt, 2017
11:53
2679

Dəfələrlə məhkum olunan şəxs yenidən oğurluq etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində növbəti tədbir keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, siqnalizasiya sistemləri ilə təchiz olunaraq qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Dərhal hadisə yerinə gedən Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, obyektin pəncərəsinin qırıldığını və marketdə naməlum şəxsin olduğunu aşkar ediblər. Mühafizə polisinin gəldiyini görən həmin şəxs müqavimət göstərərək, hadisə yerindən qaçmaq istəyib. Amma o, polis əməkdaşlarının çevikliyi sayəsində vaxtında saxlanılaraq, ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin Yasamal rayon sakini, əvvəllər dəfələrlə məhkum olunan Fərid Quliyev olduğu məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları oğurluğa cəhd göstərməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçi RPİ-uə müraciət edə bilərlər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri