23 
Okt
2017
18:00
35
129
3436
Virtual karabakh

Abşeronda vulkanların yaxınlığındakı sürüşmə sahələrində çatlar genişləndi

23 Okt, 2017
18:00
3436

Abşeronda vulkanların yaxınlığındakı sürüşmə sahələrində çatlar genişləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hökməlidə Nubar qəsəbəsi və Masazırda “Zəli gölü” çökmə - sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə edilir”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. 

Onun sözlərinə görə, Nubar qəsəbəsindəki sürüşmə sahəsi Hökməli, “Zəli gölü” sürüşmə sahəsi isə Keyrəki palçıq vulkanlarının yaxınlığında yerləşir: “Vulkanların yüz illər boyunca püskürməsi ilə vulkan külləri ərazini təşkil edən süxurların, torpağın tərkibinə daxil olub. Belə olduqda isə torpaq yuyulmaya, aşınmaya daha həssas olur və möhkəmliyini itirir. Azacıq yağan yağış isə ərazini təşkil edən süxurların daha da dağılıb-parçalanmasına səbəb olur və çökmə - sürüşmə prosesi üçün zəmin yaranır”.

R. Həsənov qeyd edib ki, hər iki çökmə - sürüşmə sahəsində çatların ölçüləri genişlənib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri