24 
Okt
2017
12:32
228
78
36645
Virtual karabakh

Kriminal avtoritetlər xüsusi vaqondan necə qaçıb? – TƏFƏRRÜAT

24 Okt, 2017
12:32
36645

Kriminal avtoritetlər xüsusi vaqondan necə qaçıb? – TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan 2 məhkumun qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, kriminal aləmə yaxınlığı ilə tanınan Əli Ağami və “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb-gətirildiyi məlum olub.

Bildirilir ki, məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Biləcəri stansiyasına yaxınlaşarkən, sübh tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxararaq, oradan qaçıblar. Yalnız qatar "28 May" stansiyasına çatanda hər iki məhbusun qaçdığı məlum olub.

Qeyd edək ki, məhbusların qaçması ilə bağlı cinayət işi açılıb. Onların tutulması üçün iş aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri