12 
Yan
2018
20:53
154
96
5345
Virtual karabakh

Bakıda imkanlı hindlilər həmvətənləri tərəfindən aldadıldılar

12 Yan, 2018
20:53
5345

Bakıda imkanlı hindlilər həmvətənləri tərəfindən aldadıldılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Hindistandan olan turistlər fırıldaqçılıqla üzləşiblər. Maraqlısı isə ondadır ki, onları öz həmvətənləri aldadıblar.

Səbail rayonunun hüquq-mühafizə orqanlarından Oxu.Az-a daxil olan məlumata görə, yanvarın 11-də şəhər hotellərinin birində yerləşən Hindistandan olan turistlər polisə müraciət ediblər. 

Şikayətçilər 1996-cı il təvəllüdlü Racan Satinder Sinkx, 1995-ci il təvəllüdlü Cauraf Kumar Vijay və 1997-ci il təvəllüdlü Parinjit Sinkx Darşan Sinkxdir. Hər üç turist polisə Bakıya turist vizası ilə 2017-ci ilin dekabrın 23-də gəldiklərini bildiriblər.

Onlar yanvarın 10-da Kanadaya getməyi planlaşdırıblar. Amma həmvətənlərinə aldanaraq Ottavaya bilet almayıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında olarkən 1981-ci il təvəllüdlü Pama Amrinder Sinkx və 1998-ci il təvəllüdlü Dxaram Vir, bilet almaq adı ilə turistlərin hərəsindən üç min dollar olmaqla, doqquz min dollar alaraq yoxa çıxıblar. Qeyd edək ki, həmin ərəfədə Bakıdan Ottavaya biletinin qiyməti 1000 manat civarında olub. 

Hindli turistlər öz “dost”larını gözlədiyi müddət ərzində fırıldaqçılar ilk reyslə Bakıdan gediblər.

Faktla bağlı araşdırma aparılır. Hələlik saxlanılan yoxdur.

Ülvi Kərimov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri