20 
Yan
2018
10:35
16
372
8292
Virtual karabakh

Ucarda ailə faciəsi: Atanı öldürüb, oğlunu yaralayıblar

20 Yan, 2018
10:35
8292

Ucarda ailə faciəsi: Atanı öldürüb, oğlunu yaralayıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucarda ata və oğul bıçaqlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə 23:30 radələrində, rayon ərazisində baş verib.

Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran Salman oğlu Zahidov və oğlu 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Oğlu S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. 

Cinayətin törədilməsində şübhəli bilinən İsayev Nurlan Sahib oğlu saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri