12 
May
2014
12:00
19
137
21095
Virtual karabakh

Bakıda iki qardaş azyaşlı qızı zorladılar

12 May, 2014
12:00
21095

Bakıda iki qardaş azyaşlı qızı zorladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar Məlahəti 16 mərtəbəli binanın damına aparıblar.

Keçən həftəsonu Binəqədi rayonunda azyaşlının qrup şəkildə zorlanma faktı qeydə alınıb.

Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi rayonu Polis İdarəsindən xəbər veriblər.

Alınan məlumata görə, 14 yaşlı yerli sakin Məlahət T. (İstintaqa görə ad dəyişdirilib) rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bəyan edib ki, 10 may tarixində Fuad adlı bir gənc və onun qardaşı onu Azadlıq prospektində  20/180 №li 16 mərtəbəli evin damında zorlayıblar.

Məlumata görə zərərçəkən evdən çıxaraq hazırlığa gedib, yolda Fuad onu saxlayıb. Qızın evin damına necə qalxdığı isə məlum deyil. 

Hal-hazırda istintaq-əməliyyat işi aparılır. Qızı zorlayan şəxslərin kimliyi məlumdur, amma onlar hələ ki, saxlanılmayıblar.

Qeyd edək ki, AR CM 152-ci maddəsinə görə 16 yaşına çatmamış şəxs ilə cinsi əlaqəyə girmək, və ya digər seksual xarakterli hərəkətlər  üç ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər cavan adamlara AR CM 194-cü maddəsini tətbiq edərlərsə, onlar 8 ildən 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

İstintaq davam edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri