30 
İyn
2018
18:52
118
384
12722
Virtual karabakh

Bacısının sevgilisini döyərək öldürdü

30 İyn, 2018
18:52
12722

Bacısının sevgilisini döyərək öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xırdalan sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.

Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikahda olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri