27 
May
2014
11:51
12
135
21851
Virtual karabakh

Lal-kar qız zorlandı

27 May, 2014
11:51
21851

Lal-kar qız zorlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Namiq Rəhimovanın lal və kar oluğunu bilib düşündü ki...

Binəqədi rayon Polis İdarəsi lal-kar qızın zorlanmasında təqsirli bilinən 1968-ci il təvəllüdlü Namiq A.-nı saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Binəqədi rayon Polis İdarəsindən bildiriblər.

Xəbər verilir ki, 1982-ci il təvəllüdlü Lamiyə Rəhimova (ad etik normalara görə dəyişdirilib) may ayının 24-də Naxçıvani küçəsində yerləşən 9 mərtəbəli evin damında zorlanıb. Lal-kar Rəhimova özü polisə müraciət edərək zorlandığını başa salıb. Saxlanılan şəxsi zərərçəkən tanıyıb.

Məlumdur ki, Rəhimova və Namiq Naxçıvani küçəsində yaşayırlar. Namiq Rəhimovanın lal və kar oluğunu bilib və düşünüb ki, olanlardan heç kim xəbər tutmayacaq. Yalnız kişinin qızı evin damına hansı səbəblə çıxarmağa nail olması məlum deyil.

İstintaq zamanı məlum olub ki, Namiq əvvəllər də qeyri-qanuni narkotik alverinə görə məhkum edilib.

Bu, may ayında göstərilən ərazidə çoxmərtəbəli evin damında baş verən ikinci zorlanma hadisəsidir.

Xatırladaq ki, may ayının 10-da 5 saylı Polis İdarəsi ərazisində 14 yaşlı  qız zorlanmışdı. Zərərçəkən Fuad adlı şəxs və onun qardaşı tərəfindən zorlandığı barədə ərizə ilə polisə müraciət etmişdi. Yeri gəlmişkən deyək ki, həmin fakt üzrə heç kim saxlanılmayıb.

Faktlar üzrə araşdırmanı rayon prokurorluğu aparır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri