13 
Sen
2018
11:55
65
33
3928
Virtual karabakh

Nazpərinin evini soyanların məhkəməsində zərərçəkmiş dindirildi

13 Sen, 2018
11:55
3928

Nazpərinin evini soyanların məhkəməsində zərərçəkmiş dindirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Mikayıl Abdullayev ifadə verib.

O deyib ki, təqsirləndiriləm şəxslər onun evindən 25 min manata yaxın əmlakını aparıblar. Zərərçəkmiş ona vurulan ziyanın ödənilməsini tələb edib.

M. Abdullayev onu da deyib ki, evindən oğurluq qızının toy günü baş verib. 

Proses sentyabrın 20-də davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri