Noy
2018
13:08
238
23
23797
Virtual karabakh

“Instagram”da dələduzluq edən şəxs tutuldu - VİDEO

2 Noy, 2018
13:08
23797

“Instagram”da dələduzluq edən şəxs tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram” sosial şəbəkəsində universitetlərə qəbul imtahanlarında keçid balının qaldırılması və bu kimi uydurma xidmətlər təklif edərək insanların pullarını mənimsəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, “Instagram” sosial şəbəkəsində “hacker_azerbaijan” və “hacker_club_aze” adlı səhifələrin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldatdığı barədə çoxsaylı müraciətlər daxil olub.

Aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, həmin səhifələrdə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan mobil telefonun yönləndirilməsi, telefonda ön kameranın açılması və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi, həmçinin universitetlərə qəbul imtahanları zamanı keçid balının qaldırılması, sosial şəbəkələrdə profillərin izlənməsi kimi uydurma xidmətlər təklif olunur.

 “Hacker_azerbaijan” və “hacker_club_aze” səhifələrinin Mingəçevir şəhər sakini Cavid İbadov tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma zamanı müəyyən olunub ki, C.İbadov qarşı tərəfin şəxsi məlumatlarını və pulunu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə “qara sıyahı”ya ataraq onlarla əlaqələrini kəsib.

Həmçinin  C.İbadov tələb etdiyi pulu ona göndərməyən insanları həmin şəxslər barəsində əldə etdiyi məlumatları yayacağı ilə də hədələyib.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir. 

Saxlanılan şəxsin hələlik istintaqa məlum olan üç nəfərdən ümumilikdə 9000 manat pul aldığı sübuta yetirilib. 

C.İbadovun adları qeyd edilən səhifələr vasitəsilə “Instagram” sosial şəbəkəsində aldatdığı və pulunu mənimsədiyi başqa şəxslər varsa bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verə bilərlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri