Noy
2018
13:49
53
107
4227
Virtual karabakh

Bakıdan Daşkəndə yarım kq qızıl aparanlar tutuldular - FOTO

3 Noy, 2018
13:49
4227

Bakıdan Daşkəndə yarım kq qızıl aparanlar tutuldular - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Daşkənd aviareysinin rəsmiləşdirilməsi zamanı Dövlət Sərhəd Xid­mətinin (DSX) Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində gömrük və sərhəd nəzarətindən gizlin şəkildə, mütəşəkkil dəstə tərəfindən külli miqdarda qiymətli daş-qaş və qızıl-zinət əşyalarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Dəstə üzvləri 240 qram çəkisi olan 14 ədəd brilyant dəstini və dörd ədəd mirvari boyunbağını Bakı-Daşkənd aviareysinin sərnişinləri arasında paylayaraq, gömrük və sərhəd nəzarətindən gizlin şəkildə ölkə ərazisindən çıxarmağa cəhd göstəriblər.

Nəticədə, bu zinət əşyalarını dövlət sərhəddən keçirməyə cəhd göstərən 11 nəfər əcnəbi vətəndaş saxla­nılıb.

Araşdırmaların davamı olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri, Azərbaycan Respublikasının vətəndaşları Bağırov Mahir Malik oğlu, Məmmədov Elçin Deklad oğlu, Abdurəhmanov Səfa Balaqardaş oğlu və Özbəkistan vətəndaşı Orucova Yeganə Müzəffər qızı müəyyənləşdirilərək Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıblar. 

Onların üzərinə keçirilmiş baxış zamanı üstlərindən əlavə olaraq 493 qram daş-qaşlı qızıl zinət əşyaları, 4735 ABŞ dolları, 700.000 özbək sumosu aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri