Noy
2018
15:38
13
487
9732
Virtual karabakh

Sumqayıtda azyaşlı faciəvi şəkildə ölüb

Sumqayıt şəhərində 7 yaşlı qız binanın dördüncü mərtəbəsindən yıxılaraq ölüb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki,  hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Qurbanova Nuranə Namiq qızı yaşadığı 41-ci məhəllədə binanın 4-cü mərtəbəsində pəncərəyə çıxıb. 

Bu zaman o, yıxılaraq yerə düşüb. Nəticədə ağır xəsarətlər alan azyaşlı yerindəcə ölüb.

Qeyd edək ki, N.Qurbanova 1-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri