3 
Noy
2018
16:00
123
27
4992
yuxarı
Rüşvət və oğurluğa görə axtarışda olan şəxs saxlanıldı
3 Noy, 2018
16:00
4992
123
27
Rüşvət və oğurluğa görə axtarışda olan şəxs saxlanıldı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər tutulublar.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan İlqar Məmmədov saxlanılıb.
Nizami (Gəncə) rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Adil Nuriyev saxlanılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək