Noy
2018
18:44
35
124
5220
Virtual karabakh

Britaniyaya qanunsuz yolla viza almaq istəyənə cinayət işi açıldı

5 Noy, 2018
18:44
5220

Britaniyaya qanunsuz yolla viza almaq istəyənə cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya Birləşmiş Krallığının Aərbaycandakı səfirliyindən saxta sənədlə viza almaq istəyən Hacıyev Rauf Şükür oğlu barəsində cinayət işi açılıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, R.Hacıyev Böyük Britaniya Birləşmiş Krallığına viza almaq məqsədilə “Beynəlxalq Bank”da hesabının olmasına dair saxta məktub və bank hesabından çıxarışı bu ölkənin Azərbaycandakı səfirliyinə təqdim edib. 

Buna görə də R.Hacıyevin əməlində rəsmi sənədləri qanunsuz hazırlama və bilə-bilə istifadə etmə cinayətinin əlamətləri olduğu üçün onun barəsində müvafiq maddələrlə cinayət işi açılıb. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri