Noy
2018
17:11
268
25
18706
Virtual karabakh

“Azərişıq” ASC-nin vəzifəli şəxsinə cinayət işi açıldı - YENİLƏNİB

6 Noy, 2018
17:11
18706

“Azərişıq” ASC-nin vəzifəli şəxsinə cinayət işi açıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qurumun Enerji Təchizatı İdarəsinin Enerji Satışı şöbəsinin mühəndisi Sadiyev Əkbər Səxavət oğlu barəsində açılan cinayət işinə dair saytımıza açıqlama verib. 

Qurum rəsmisi Oxu.Az-a bildirib ki, həmin şəxsin “Azərişıq”la heç bir əlaqəsi qalmayıb.

“Sadiyev Əkbər Səxavət oğlu 01 iyun 2018-ci ildən etibarən öz istəyi ilə ərizə yazaraq qurumdakı vəzifəsindən ayrılıb”, - qurum rəsmisi bildirib. 

12:02

“Azərişıq” ASC-nin Xəzər rayon Enerji Təchizatı İdarəsinin Enerji Satışı şöbəsinin mühəndisi Sadiyev Əkbər Səxavət oğlu barəsində cinayət işi açılıb. 

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, Ə.Sadiyev rayon ərazisində fərdi yaşayış evlərinin elektrik şəbəkəsinə qoşulmasını istəyən abonentlərin ona müraciətindən sonra bir fazalı sayğac üçün təxminən 160 manat, üç fazalı sayğac üçün 340 manatın dövlət rüsumu kimi banka köçürüləcəyini bilib, abonentlərin adına qanunsuz sənədlər hazırlayıb. 

Sonra həmin sənədləri “ASAN xidmət”ə təqdim etməklə, bilə-bilə saxta sənədlərdən istifadə edib. Abonentlərin pulunu isə mənimsəyib. 

Buna görə Ə. Sadiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə cinayət işi açılıb. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri