Noy
2018
15:51
199
15
3730
Virtual karabakh

Yeddi evi soymuş oğru ələ keçdi

6 Noy, 2018
15:51
3730

Yeddi evi soymuş oğru ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonu ərazisində yeddi evdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-dan noyabrın 4-dək olan müddətdə Binəqədi və Biləcəri qəsəbələri ərazilərində beş evdən kombi, qaynaq aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camaləddin Cəfərov saxlanılıb. 

Araşdırmalarla onun Binəqədi qəsəbəsi ərazisində daha iki evdən məişət əşyaları oğurlaması da polis əməkdaşları tərəfindən müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri