Noy
2018
18:59
162
72
3469
Virtual karabakh

Bakıda İran vətəndaşına qarşı dələduzluq edənə cəza verildi

8 Noy, 2018
18:59
3469

Bakıda İran vətəndaşına qarşı dələduzluq edənə cəza verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vahid Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Əsgərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, V.Əsgərov Bakıda İran vətəndaşı Afşin Gəncəlizadənin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib.

O, iş qurmaq adı ilə İran vətəndaşının 130 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri