Noy
2018
13:53
166
18
4762
Virtual karabakh

Sumqayıtda qətl törədən keçmiş məhkum saxlanıldı - VİDEO

Sumqayıtda həmyerlisini baş nahiyyəsinə küt alətlə vuraraq qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə edib və döyülüb.

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.

Qeyd olunan faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başladılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri