Noy
2018
15:55
53
137
6178
Virtual karabakh

Azərbaycanlı Rusiyada saxta sənədlə ələ keçdi

9 Noy, 2018
15:55
6178

Azərbaycanlı Rusiyada saxta sənədlə ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İssinski rayonunun (Rusiyanın Penza vilayəti) prokurorluğu RF CM-nin 327-ci maddəsinin 3-cü bəndi ilə nəzərdə tutulmuş (saxtalığı əvvəlcədən bəlli olan sənədlərdən istifadə) cinayət işi üzrə xarici vətəndaşa qarşı irəli sürülən dövlət ittihamını dəstəkləyib.

Oxu.Az-ın verdiyi xəbərə görə, işə baxılması zamanı müəyyən edilib ki, Azərbaycan vətəndaşı Məmməd Eyvazov 2018-ci ilin mart ayında Moskvada naməlum şəxsdən 3700 rubla (55 ABŞ dolları – red.) saxtalığını əvvəlcədən bildiyi miqrasiya kartını və xarici vətəndaşın gəlişi haqqında qopardılan blank alıb və onları rəsmi sənəd kimi istifadə etmək niyyətində  olub.

Avqustun 22-də idarə etdiyi nəqliyyat vasitəsi YPX müfəttişi tərəfindən saxlanılarkən Eyvazov həmin sənədləri təqdim edib. Müfəttiş saxtakarlığı üzə çıxarıb.

Hakimin qərarı ilə Eyvazov 5 min rubl (75 dollar) məbləğində cərimələnib.

Hökm çıxarıldıqdan sonra Eyvazov Rusiyadan ekstradisiya edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri