12 
Noy
2018
12:44
66
19
4347
Virtual karabakh

“Bağça işi”ndə günahkarlar danışdı

12 Noy, 2018
12:44
4347

“Bağça işi”ndə günahkarlar danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi məhkəmə iclası davam etdirilib. 

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. 

Elan olunmuş ittiham üzrə hər üç şəxs özünü təqsirli bildiyini deyib. Onlar zərərçəkmişlərə vurulan ziyanı ödəyəcəklərini qeyd ediblər.

Daha sonra şahid qismində İlahə Müzəffərova ifadə verib. O, təqsirləndirilən şəxslərdən T.Bağırova ilə A.Əliyevaya bağçada işə düzəlmək üçün 1000 manat pul verdiyini deyib. 

Öz növbəsində zərərçəkmiş Rumiyə Qasımova T.Bağırova ilə A.Əliyevaya işə düzəlmək üçün 3500 manat pul verdiyi qeyd edib. O söyləyib ki, bağçada bir ay işləyib, 500 manat əməkhaqqını ala bilməyib. 

Məhkəmənin iclası noyabrın 19-da davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri