12 
Noy
2018
19:41
213
16
5893
Virtual karabakh

Müştərilərin pulunu mənimsəyən bank işçisinə cəza verildi

12 Noy, 2018
19:41
5893

Müştərilərin pulunu mənimsəyən bank işçisinə cəza verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi Rüfət MuradovAnar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, R. Muradov 8 il, A. Vəliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, R. Muradov vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaiti tamah yolu ilə mənimsəyərək, ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçirib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb. 

Etibar MƏMMƏDOV
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri