13 
Noy
2018
12:49
19
325
17595
Virtual karabakh

Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi

13 Noy, 2018
12:49
17595

Üç yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda üç yaşlı uşağın ölümündə təqsirləndirilən “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti, zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Vəkil Əli Hüseynov Oxu.Az-a açıqlamasında deyib ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, İ.Qəmbərova verilən bəraət hökmü qüvvədə saxlanılıb. 

Qeyd edək ki, ittihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub.

Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri