13 
Noy
2018
12:40
20
585
13611
Virtual karabakh

İçkili ermənilər kafedə azərbaycanlını vəhşicəsinə döydülər

13 Noy, 2018
12:40
13611

İçkili ermənilər kafedə azərbaycanlını vəhşicəsinə döydülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Zaporoje vilayətinin Melitopol şəhərində kafelərdən birində bir qrup erməni Azərbaycan vətəndaşı, əslən Kəlbəcər rayonundan olan, 1963-cü il təvəllüdlü Qurbanov Tariyel Malik oğlunu ölümcül döyüblər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə kafedə müştərilər olan, Ermənistandan Ukraynaya yol tikintisində işləməyə gələn ermənilər tərəfindən azərbaycanlı müştəriyə qarşı milli zəmində və Qarabağla bağlı mübahisə nəticəsində baş verib.

Azərbaycanlı müştəri kafedə astadan Qarabağla bağlı mahnını zümzümə etməsi qonşu masada əyləşən içkili ermənilərin xoşuna gəlməyib. Ermənilər təhqiramiz formada azərbaycanlıya susmağı əmr ediblər. Onlara əhəmiyyət verməyən T.Qurbanov davam edib və nəticədə ermənilərin hücumuna məruz qalıb.

Qeyri-bərabər əlbəyaxa davada ermənilər azərbaycanlını amansızcasına döyüblər. Onun vəziyyəti hazırda ağırdır, Zaporojedə xəstəxanaların birinə yerləşdirilib.

Ermənilər hadisə yerindən qaçıblar, onları polis axtarır. Hadisəni törədənlərin hamısı Ermənistan vətəndaşıdır.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri