13 
Noy
2018
15:58
129
24
6265
Virtual karabakh

Məhkəmə sədri adından mesaj yazan qadın həbs edildi

13 Noy, 2018
15:58
6265

Məhkəmə sədri adından mesaj yazan qadın həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Abşeron rayon sakini Ülviyyə Abdalova həbs olunub. 

Oxu.Az xəbər verir ki, Ü.Abdalova cinayət işi üzrə məhkəməyə gəlmədiyi üçün onun barəsində axtarış elan edilmişdi. 

Polis əməkdaşlarının səyi nəticəsində o, həbs edilib. 

İttihama görə, Ü.Abdalova eyni mənzili bir neçə nəfərə satıb. 

Qeyd edək ki, Abdalovanın həyat yoldaşı da dələduzluqda ittiham edilib və barəsində cinayət işi açılıb. Onun cinayət işi üzrə məhkəmə iclası Nizami rayon Məhkəməsində baş tutub. O da məlum olub ki, Abdalova həbs edilmədən bir müddət əvvəl Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov barəsində sosial şəbəkələrdə ittihamedici məlumatlar yayıb.

Həmin məlumatda qeyd edilirdi ki, guya Ələddin Cəfərov Ülviyyə Abdalovaya mesaj yazaraq rüşvət aldığını etiraf edib və pulunu geri qaytarmayacağını söyləyib. Amma sonra həmin məlumatın əsassız olduğu, mesajın montajla hazırlandığı üzə çıxmışdı.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri