13 
Noy
2018
18:34
401
38
12488
Virtual karabakh

Bakıda 11 qadını fahişəliyə cəlb edən şəxs hakim qarşısına çıxarılır

13 Noy, 2018
18:34
12488

Bakıda 11 qadını fahişəliyə cəlb edən şəxs hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmədə təqsirləndirilən Pərviz Məmmədovun cinayət işi üzrə məhkəmə başlayır. 

Oxu.Az xəbər verir ki, iş Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun icraatında araşdırılacaq. 

Məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin edilib. 

İttihama görə, 11 nəfər zərərçəkmiş qadın polisə ərizə ilə müraciət edərək, P. Məmmədovun onları fahişəliyə cəlb etdiyini bildiriblər. 

Faktla bağlı cinayət işi açılıb və P. Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri