15 
Noy
2018
10:50
139
22
6160
Virtual karabakh

XİN-in keçmiş əməkdaşları məhkəmə qarşısında

15 Noy, 2018
10:50
6160

XİN-in keçmiş əməkdaşları məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və nazirliyin digər əməkdaşı Anar Quliyevin cinayət işi üzrə məhkəmə başlayır. 

Oxu.Az xəbər verir ki, cinayət işi Xəzər Rayon Məhkəməsində hakim Tərlan Əkbərovun icraatında araşdırılacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, həmin şəxslər 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.

Bu şəxslərlə birgə Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlu da həbs edilib. Həmin şəxslərin cinayət işi ayrıca icraata götürülüb və Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri