20 
Noy
2018
12:15
145
20
4554
Virtual karabakh

Sələmçi qadının tutdurduğu şəxslərə bəraət verildi

20 Noy, 2018
12:15
4554

Sələmçi qadının tutdurduğu şəxslərə bəraət verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda quldurluqda təqsirləndirilən 1970-ci il təvəllüdlü Cavid Aslanov və 1973-cü il təvəllüdlü Nəriman Heydərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə apellyasiya şikayəti təmin olunub. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Hər iki təqsirləndirilən şəxsə bəraət verilib. Onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Heydərov 11 il 6 ay, C.Aslanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, Cavid Aslanov və Nəriman Heydərov Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxlanıb. Onların həbsinə səbəb Naxçıvan sakini, yaşlı qadının iddia ərizəsi olub. 

Belə ki, Zemfira Baxışəliyeva 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək quldurluqla üzləşdiyini bildirib. O, ilkin izahatında qeyd edib ki, üç nəfər naməlum şəxs evinə basqın edib, həmin şəxslər onun 20 min manatını, 800 manat dəyərində qızılını aparıb.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri