20 
Noy
2018
14:55
71
28
2877
Virtual karabakh

Bakıda uşaq həkimini aldadan cəzalandırıldı

20 Noy, 2018
14:55
2877

Bakıda uşaq həkimini aldadan cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, C.İsayev səkkiz il müddətinə azadlıqdan məhrum edilib. 

İttiham aktına əsasən, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib. O, Bakıda həmin şəxslərə yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib. Qadınlar həmin işin görülməsi müqabilində ona 95 min manat pul verəndən sonra isə C.İsayev verdiyi vədə əməl etməyərək onları aldadıb.

Daha sonra F.Abdullayeva ilə M.Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılaraq istintaqa təqdim edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, M.Məmmədova 2000-ci illərdən Uşaq Nevroloji Xəstəxanasında həkim vəzifəsində çalışır. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri