20 
Noy
2018
18:12
49
75
3695
Virtual karabakh

Arvadını və qayınanasını qətlə yetirən şəxs hakim qarşısına çıxarıldı

20 Noy, 2018
18:12
3695

Arvadını və qayınanasını qətlə yetirən şəxs hakim qarşısına çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib. 

Qeyd edək ki, qətl hadisəsi Bakının Xətai rayonunda baş verib. R.İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı və qadının anası Ətir Şirinovanı qətlə yetirib.

Hadisədən sonra qaçan R.İsgəndərov Ağdama - öz ata-anasının yanına gedib, polisə də orada təslim olub.

Məlumata görə, G.İsgəndərova orta məktəbdə müəllim işləyib. Gənc ailənin bu evlilikdən səkkiz yaşlı bir oğlu var.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri