20 
Noy
2018
15:58
35
59
3700
Virtual karabakh

Abşeronda qətl törədən ata və oğula cəza istənildi

20 Noy, 2018
15:58
3700

Abşeronda qətl törədən ata və oğula cəza istənildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tural Əlizadə, onun atası Zakir Əlizadə və xuliqanlıqda ittiham olunan Babək Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, çıxışında T.Əlizadənin 18 il, Z.Əlizadənin 19 il, B.Quliyevin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə iclası noyabrın 27-də davam etdiriləcək. 

Qeyd edək ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 1975-ci il təvəllüdlü Abbasov Rövşən Rafiq oğlunu “Vinçester” markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə həbs edilib. T.Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Onlar “söhbət etmək” üçün kafedə görüşüb. Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə “Vinçester” markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra o, R.Abbasovun ayağını güllə ilə yaralayıb. T.Əlizadə üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.

Qətlin iştirakçısı kimi T.Əlizadə, atası Z.Əlizadə və B.Quliyev də həbs edilib. B.Quliyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri