21 
Noy
2018
09:30
44
22
3332
Virtual karabakh

Metropolitenin həbsdə olan polis əməkdaşı məhkəmə qarşısında

21 Noy, 2018
09:30
3332

Metropolitenin həbsdə olan polis əməkdaşı məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası noyabrın 27-nə təyin edilib. 

Qeyd edək ki, S.Sadıqov “Bakı Metropoliteni” QSC-nin polis əməkdaşı vəzifəsində çalışıb. O, Sədrəddin Kərimov Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağını vəd edib. Lakin sonradan S.Sadıqov verdiyi vədə əməl etməyib. 

Ümumilikdə həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib. 

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan S.Sadıqovun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri