20 
Noy
2018
16:44
468
59
20468
Virtual karabakh

Təranə Səmədovaya ağır cəza istənilir - MƏHKƏMƏ

20 Noy, 2018
16:44
20468

Təranə Səmədovaya ağır cəza istənilir - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən zərərçəkmiş şəxslər tərəfindən də apellyasiya şikayəti verilib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar şikayətlərində T.Səmədovaya daha ağır cəza verilməsini tələb edirlər. 

İş üzrə məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq. 

Qeyd edək ki, T.Səmədova barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi. 

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub. 

Təranə Səmədova iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri