21 
Noy
2018
09:55
110
26
7655
Virtual karabakh

Ərini öldürüb ayaqyoluna atan qadın hakim qarşısına çıxarılır

21 Noy, 2018
09:55
7655

Ərini öldürüb ayaqyoluna atan qadın hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən Vüsalə Məmmədşərifova Vüsal Rəfiyevin cinayət işi üzrə məhkəmə başlayır.

Oxu.Az xəbər verir ki, cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə müəyyən edilib ki, martın 25-də D.Rəfiyevlə arvadı V.Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı V.Rəfiyevlə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib, cəsədini həyətdəki sanitar qovşağa atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb və onların barəsində cinayət işi açılıb. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri