26 
Noy
2018
13:40
38
137
9713
Virtual karabakh

Fədayə Laçın məhkəmədə son söz deyəcək

26 Noy, 2018
13:40
9713

Fədayə Laçın məhkəmədə son söz deyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova çıxış edib. 

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə düzgün ittiham verilmədiyini qeyd edib. 

O deyib ki, A. Əsgərov Etibar Məmmədovu tanımayıb və onunla hər hansı əlaqəsi olmayıb. 

Sonra Ceyhun Səmədov Fuad Hacıyevin vəkilləri də çıxış edib və müvəkkillərinə həbslə əlaqədar olmayan cəza verilməsini istəyiblər. 

Məhkəmədə müdafiə çıxışı mərhələsi başa çatıb. 

F. Laçın və digərləri növbəti prosesdə son sözlə çıxış edəcəklər. 

Məhkəmə iclası dekabrın 3-də davam etdiriləcək. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri