29 
Noy
2018
18:57
80
33
5695
Virtual karabakh

Yeznəsini və bacısının qayınatasını güllələyənlə bağlı qərar verildi

29 Noy, 2018
18:57
5695

Yeznəsini və bacısının qayınatasını güllələyənlə bağlı qərar verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Tural Tarverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Tarverdiyevin əməli Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. 

Bu maddə ilə ona üç il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

İttihama görə, hadisə ötən ilin dekabr ayında Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Tufan oğlu Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. O, həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri