30 
Noy
2018
14:30
67
17
2657
Virtual karabakh

Həmyerlisini öldürən şəxsə cəza verildi

30 Noy, 2018
14:30
2657

Həmyerlisini öldürən şəxsə cəza verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elman Ağasiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, E.Ağasiyev 13 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə bu il iyun ayının 11-də Quba rayonunun Zərdabi kəndində baş verib.

Kənd sakini Dadaşov Eldəniz Arzuman oğlu ilə 1979-cu il təvəllüdlü Ağasiyev Elman Qəzənfər oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Hadisə nəticəsində E.Ağasiyev E.Dadaşovu bıçaqlayıb. O, Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib.

Etibar Məmmədov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri