30 
Noy
2018
12:46
69
24
2394
Virtual karabakh

Azərbaycanda həbs edilən İran vətəndaşı ölkəsinə göndəriləcək

30 Noy, 2018
12:46
2394

Azərbaycanda həbs edilən İran vətəndaşı ölkəsinə göndəriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda dələduzluqda təqsirləndirilərək axtarışda olan Mohommadreza Ahmadinin ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin verdiyi təqdimat üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Məhkəmənin qərarı ilə M.Ahmadi İrana ekstradisiya olunub. 

Qeyd edək ki, İran vətəndaşı M.Ahmadi ölkəsində bankdan kreditə pul götürüb, qaytarmayıb. Təbriz Şəhər Məhkəməsi M.Ahmadi barəsində iki il qiyabi həbs qərarı çıxarıb. 

Daha sonra M.Ahmadi barəsində beynəlxalq axtarış qərarı verilib. O, bu il Azərbaycanda saxlanılıb. Xəzər Rayon Məhkəməsi M.Ahmadinin barəsində həbs qətimkan tədbiri seçib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri